DYP küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Oxunma vaxtı:32 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, bir neçə gündür davam edən küləkli hava şəraiti respublikanın müxtəlif bölgələrində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün əlavə risklər yaradır:

“Belə hava şəraitində nəqliyyat vasitələrinin idarə olunması çətinləşir, sükan üzərində nəzarət zəifləyir ki, bu da qəfil və arzuolunmaz yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Eyni zamanda piyadaların da keçidlərdən istifadə edərkən diqqətli olmaları, yaxınlaşan nəqliyyat vasitələrinin sürətini müşahidə etmələri, açıq meydanlarda və geniş yollarda hərəkət zamanı isə daha ehtiyatlı davranmaları vacibdir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmağa çağırır.

Loading

Next Post

İsrail ordusu Hizbullaha məxsus infrastrukturlara zərbələr endirib

İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib. Bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat paylaşılıb. “Qısa müddət əvvəl İsrail ordusu Livanın cənubunda müxtəlif nöqtələrdə Hizbullahın terror infrastrukturlarını və raket lançerini hədəfə aldı. Terror infrasturkturunun və lançerlərin mövcudluğu İsrail və Livan arasında olan razılaşmaların pozulmasıdır. İsrail ordusu İsrail dövlətinə yönəldilmiş istənilən […]