Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Oxunma vaxtı:19 Saniyə

Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, avqustun 27-də Şamaxı rayonunun Muğanlı kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini Mirağa Kazımov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Loading

Next Post

Xırdalanda DOST Mərkəzi yanır - YENİLƏNİB

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 16:40 Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb. Bu barədə “Report”un yerli bürosu xəbər verir. Əraziyə yanğınsöndürənlər cəlb olunub.