Sabah Bakıda hava yağmursuz olacaq

Oxunma vaxtı:41 Saniyə

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 30-dan iyulun 1-də keçən gecə bəzi yerlərdə qısamüddətli az yağış ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Loading

Next Post

Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq

Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sözügedən məsələ qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Bildirilib ki, əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha […]