Azərbaycan Xorvatiya ilə vergi sahəsində təcrübə mübadiləsi aparacaq

Oxunma vaxtı:36 Saniyə

Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Bakıda keçirilən 29‑cu Baş Assambleyası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Xorvatiyanın Vergi Administrasiyasının direktoru Bozidar Kutleşa ilə görüşüb.

Görüşdə Azərbaycan və Xorvatiya arasında vergi sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər vergi inzibatçılığının modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, risk əsaslı yoxlama modellərinin tətbiqi və şəffaflığın artırılması kimi strateji istiqamətlərdə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

O.Nəzərli vergi orqanları arasında bilik-təcrübə mübadiləsinin iki ölkənin vergi sistemlərinin təkmilləşdirilməsinə töhfə verəcəyini bildirib, əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi üçün müvafiq addımların atılmasının vacibliyini vurğulayıb. B.Kutleşa isə Azərbaycanda vergi sahəsində həyata keçirilən rəqəmsal transformasiya və modernləşmə layihələrinin Xorvatiya üçün faydalı ola biləcəyini qeyd edib, əməkdaşlığın iki ölkədə vergi inzibati səmərəliliyini artırmaq üçün strateji əhəmiyyət daşıdığını bildirib.

Loading

Next Post

Abbas Əraqçi: Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik

İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Alaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib. Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə […]