Çavuşoğlu Azərbaycana gəlir – Tarix

Oxunma vaxtı:30 Saniyə

Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

O, 5-6 dekabr tarixlərində Qərbi Azərbaycan İcmasının beynəlxalq tədbirində iştirak edəcək.

Məlumatı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli təsdiqləyib. O qeyd edib ki, tədbirdə 51 ölkədən 700 nümayəndə heyətinin iştirakı gözlənilir.

“Burada Türkiyədən də Mövlud Çavuşoğlu, Türkiyə Böyük Millət Məclisinin deputatları Şamil Ayrım, Cantürk Alagöz və digərləri iştirak edəcək. Böyük nümayəndə heyətinin gəlişi gözlənilir. Burada Qərbi Azərbaycana qayıdış məsələsi müzakirə obyekti olacaq. Tədbir hər il dekabrın 5-də keçirilir. Çünki 5 dekabr bizim Qərbi Azərbaycandan sonuncu dəfə deportasiya edildiyimiz tarixdir”, – Əziz Ələkbərli bildirib.(Modern)

Loading

Next Post

Bazar gününün havası açıqlanıb

Azərbaycanda noyabrın 24-də hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometrologiya Xidməti melumat yayıb,  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış […]