Bazar gününün havası açıqlanıb

Oxunma vaxtı:40 Saniyə

Azərbaycanda noyabrın 24-də hava şəraitinin hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometrologiya Xidməti melumat yayıb, 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gündüz isə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi İlə əvəz olunacaq. Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi şərq rayonlarında çiskin. Arabir duman. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.

Loading

Next Post

Şeyx Portuqaliyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Portuqaliyaya səfər edəcək.  Şeyx 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək. Noyabrın 27-də Lissabonda […]