Şeyx Portuqaliyaya gedir

Oxunma vaxtı:23 Saniyə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 25-də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Portuqaliyaya səfər edəcək. 

Şeyx 26-27 noyabr tarixlərində baş tutacaq BMT Sivilizasiyalar Alyansının “Sülhdə birlik – etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunun açılışında iştirak edəcək.

Noyabrın 27-də Lissabonda baş tutacaq KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının yeni tərkibdə ilk toplantısına qatılacaq.

Qeyd edək ki, A.Paşazadə Beynəlxalq Mərkəzin Direktorlar Şurasının üzvüdür.

Loading

Next Post

Kəlbəcər Şəhəri gününə həsr olunmuş kütləvi qaçış yarışı keçiriləcək

Zəfər Qaçış Klubunun təşkilatçılığı ilə Kəlbəcər Şəhəri gününə həsr olunmuş kütləvi qaçış yarışı keçiriləcək. Tədbir noyabrın 24-də saat 09:00-da Bakı Bulvarındakı “Yeddi gözəl” fəvvarəsinin qarşısında başlayacaq. Bu qələbə qaçışının marşrutu Baku Kristal Holun qarşısından geri dönməklə 30 km olacaq.