Sahibkarlara iddia ərizəsi barədə onlayn bildiriş göndəriləcək

Oxunma vaxtı:46 Saniyə

“Elektron Məhkəmə” İnformasiya Sistemi ilə Dövlət Vergi Xidmətinin informasiya sistemi arasında həyata keçirilmiş inteqrasiya nəticəsində yeni funksionallıq istifadəyə verilib.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Belə ki, elektron kabineti olmayan sahibkarlar barəsində məhkəməyə verilmiş iddia ərizəsi ilə bağlı onlara onlayn bildirişin göndərilməsi mümkün olub.

Kommersiya mübahisələri ilə bağlı məhkəməyə elektron qaydada təqdim olunan iddia ərizələri və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə göndərilir. Müvafiq şəxslərə bu barədə elektron poçt və SMS vasitəsilə məlumat verilir.

Əgər cavabdeh sahibkar “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməyibsə, belə halda iddia ərizəsi ilə bağlı bildiriş və qeydiyyat qaydaları barədə ətraflı məlumat həmin şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılmış elektron kabinetinə ötürülür və bu barədə məlumat elektron qaydada ona çatdırılır.

Qeyd edilib ki, bu yenilik Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun fəaliyyəti çərçivəsində həyata keçirilib.

Loading

Next Post

“Gənclik Mall”un qarşısıda daha bir yenilik: taksidən minib-düşə biləcəyik

Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) daha bir yenilik edilib. “Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub. Məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək. Xatırladaq ki, bundan […]