“Gənclik Mall”un qarşısıda daha bir yenilik: taksidən minib-düşə biləcəyik

Oxunma vaxtı:27 Saniyə

Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Mall”un qarşısı) daha bir yenilik edilib.

“Gənclik Mall”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.

Məntəqə “Gənclik Mall”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.

Xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib  və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.

AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Loading

Next Post

Sığortaçıların korporativ idarəetmə standartları dəyişib

Mərkəzi Bankın (AMB) İdarə Heyəti 21 fevral 2024-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edib. AMB sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, sığortaçıda qərarların qəbul edilməsi prosesində istifadə edilən, habelə ictimaiyyətə açıqlanan məlumatlar adekvat, hərtərəfli, etibarlı, yenilənmiş, əlçatan və ardıcıl olmalıdır. Müvafiq məlumatlar mötəbərlik, […]