Ukrayna Təhlükəsizlik Xidməti: Krım körpüsü partladılıb

Oxunma vaxtı:22 Saniyə

Ukrayna Təhlükəsizlik Xidməti növbəti əməliyyat keçirərək Krım körpüsünə zərbə endirib.

Bu barədə Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik Xidmətinin məlumatına görə, əməliyyat bir neçə ay davam edib. Əvvəlcə xidmətin agentləri Krım körpüsünün dayaqlarını minalayıblar, bu gün isə yerli vaxtla səhər saat 04:44-də birinci partlayıcı qurğu işə salınıb. Mülki əhali arasında itki yoxdur.

Təhlükəsizlik Xidməti qeyd edir ki, trotil ekvivalentində 1100 kq partlayıcı istifadə edilib. Körpünün qəzalı vəziyyətində olduğu bildirilir.

Loading

Next Post

Məsud Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

İran Prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib. Bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib: “Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və […]