Azərbaycanın Keniyada səfirliyi açılıb

Oxunma vaxtı:26 Saniyə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyanın Baş naziri, eyni zamanda xarici və diaspora işləri naziri Musalia Mudavadi ilə görüşü çərçivəsində Azərbaycanın Nayrobidəki səfirliyinin açılış mərasimində iştirak edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, xarici işlər nazirləri diplomatik nümayəndəliyin açılmasını Azərbaycan-Keniya dövlətlərarası münasibətlərinin davam etdirilməsi və gücləndirilməsi, ünsiyyətin asanlaşdırılması və əməkdaşlığın inkişafı istiqamətində mühüm addım kimi qiymətləndiriblər.

C.Bayramov həmçinin Keniyanın ev sahibi ölkə kimi diplomatik nümayəndəliyin düzgün fəaliyyəti üçün yaratdığı əlverişli mühit və şəraiti də vurğulayıb.

Loading

Next Post

“Azneft”: Quyu sayının azaldılması əməliyyat xərclərini optimallaşdıracaq

Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq. Bunu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat […]