Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

Oxunma vaxtı:27 Saniyə

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan Sizi və qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, səmimi dostluq və qarşılıqlı anlaşma prinsiplərinə əsaslanan qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi və ölkənizin qardaş xalqını Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan müstəqillik illərində həyat fəaliyyətinin bütün sahələrində möhtəşəm uğurlar əldə edib, beynəlxalq arenada yüksək […]