Azərbaycan nefti ucuzlaşıb

Oxunma vaxtı:43 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,45 ABŞ dolları, yaxud 0,66 % azalaraq 67,17 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 65,61 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,49 ABŞ dolları və ya 0,74 % azalaraq 65,87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

"Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır

“Formula 1” üzrə Azərbaycan Qran-prisi üçün yeni tribunalar salınır.Bu barədə Bakı Şəhər Halqasının mətbuat xidməti məlumat yayıb. Bu il Bakı Şəhər Halqası ətrafında iki əlavə tribunanın quraşdırılması nəzərdə tutulub. Artıq tribunaların quraşdırılmasına başlanılıb. Həm yerli, həm də xarici azarkeşlər tərəfindən Azərbaycan Qran-prisinə artan marağı nəzərə alaraq, infrastrukturun genişlənməsi nəticəsində tribunaların […]