Prezident Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun təmirinə vəsait ayırıb

Oxunma vaxtı:16 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonunun Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlı avtomobil yolunun əsaslı təmiri ilə bağlı ilkin maliyyə vəsaitinin ayrılması üçün Sərəncam imzalayıb.

Altı yaşayış məntəqəsini birləşdirən yolun təmiri üçün ilkin olaraq 1,5 milyon manat ayrılması nəzərdə tutulub. 

Qeyd olunub ki, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.

Loading

Next Post

Ermənistanda polis əməkdaşları tərəfindən döyülən şəxslə bağlı Baş Prokurorluğa müraciət edilib

Ermənistanda vəkil Ara Qaragözyan müdafiə etdiyi şəxsin Armavirdə polis əməkdaşları tərəfindən döyüldüyünü bildirib.Bu barədə Ermənistan KİV məlumat yayıb. Vəkilin sözlərinə görə, polislər həmin şəxsə evində zor tətbiq edib, bundan sonra onu məntəqəyə aparıblar və ağzını lentlə bağlayaraq döyməyə davam ediblər. Bunu təsdiqləmək üçün o, sosial şəbəkədə video və fotolar yerləşdirib. […]