Prezidentdən Naxçıvanla bağlı – Sərəncam

Oxunma vaxtı:24 Saniyə

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Proqramının Tədbirlər Planında rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artımı ilə bağlı tədbirlər görülməsi üzrə əsas və icraçı qurumların yerləri dəyişdirilib. Əsas icraçı qurum Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, digər icraçı qurum isə Naxçıvanın Nazirlər Kabineti müəyyən edilib.

Loading

Next Post

Zabratda avtomobil təmiri sexi yanır - VİDEO

Sabunçu rayonu Zabrat qəsəbəsində obyekt yanır. Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində sex kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə […]