Dövlət başçısı Maki Sallanı təbrik etdi

alfonsonri
Oxunma vaxtı:24 Saniyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Seneqal Respublikasının Prezidenti Maki Salla təbrik məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Hörmətli cənab Prezident,

Seneqal Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan-Seneqal münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafeləri naminə bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Seneqal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

Loading

Next Post

Türkiyənin ilk yerli elektromobili Prezidentə təqdim olundu - FOTOLAR

Aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.