Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq

Oxunma vaxtı:35 Saniyə

Bakıda və Abşeron yarımadasında aprelin 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb,

Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi normadan 769 mm civə sütunundan 763 mm civə sütuna enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz ayrı-ayrı yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Loading

Next Post

Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq

Ermənistan sülh gündəliyini irəli aparmaq niyyətində qətiyyətlidir və sülh prosesində konstruktiv iştirakını davam etdirəcək.Bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə bəyanatında bildirib. O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına […]