Bəzi çaylarda sululuq artıb

Oxunma vaxtı:22 Saniyə

Avtomat hidroloji stansiyaların aprelin 29-u saat 9:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. 

Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.

Loading

Next Post

MN: Artilleriya bölmələri ilə döyüş atışları keçirilib

Quru Qoşunlarının artilleriya bölmələrində praktiki döyüş atışları keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, real döyüş şəraitinə uyğun keçirilən döyüş atışlarında şərti düşmənin planlı və plandankənar hədəflərinin aşkar edilməsi və sərrast atəşlə məhv edilməsinə nail olunub. Praktiki məşğələlərin keçirilməsində əsas diqqət hərbi qulluqçuların praktiki bacarıqlarının artırılması, komandirlərin idarəetmə vərdişlərinin […]