Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

Oxunma vaxtı:29 Saniyə

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Loading

Next Post

Rusiyadan 25 əcnəbi deportasiya ediləcək

Moskvanın şimalında keçirilən reyd zamanı polis Rusiyada yaşayış rejimini pozan 25 xarici vətəndaşı aşkar edib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 10-da polis əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölmələri və “Rosqvardiya” ilə birlikdə paytaxtın Timiryazevski rayonunda yerləşən […]