Qarabağ Universitetində beynəlxalq konfrans keçirilir

Oxunma vaxtı:54 Saniyə

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda iki günlük beynəlxalq konfrans işə başlayıb.

Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransda xarici ölkələrin universitet rektorları, eləcə də tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak edirlər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqları salamlayıb və bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Rektor vurğulayıb ki, Qarabağ Universiteti tibb təhsilinin inkişafı istiqamətində öz missiyasını yerinə yetirməyə davam edəcək. Ş.Bayramov, həmçinin Qarabağ Universitetinin tədris prosesində əldə etdiyi uğurları və gələcəkdəki məqsədləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq qeyd edib ki, konfransın əsas hədəfi “Tibb və tibb bacısı” proqramlarının tədris modelini, kompetensiya çərçivələrini və idarəetmə strukturlarını müəyyənləşdirməkdir. Direktor sessiyalar zamanı tibb təhsili sahəsində geniş tətbiq olunan Kernin 6 mərhələli yanaşmasından istifadə ediləcəyini də iştirakçıların diqqətinə çatdırıb. S.Babayev konfransın metodologiyasının həm beynəlxalq standartlara uyğun, həm də yerli ehtiyaclara cavab verən tədris proqramlarının formalaşmasına töhfə verəcəyini bildirib.

Konfrans müxtəlif mövzular ətrafında panel müzakirələr, çıxışlar, qrup işləri və təqdimatlar əsasında davam edəcək.

Loading

Next Post

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.İdarədən verilən xəbərə görə, xəbərdarlıqda deyilir: “Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının […]