Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Oxunma vaxtı:39 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən verilən xəbərə görə, xəbərdarlıqda deyilir:

“Sinoptiklərin məlumatına əsasən, hazırda ölkə ərazisində külək və yağışla müşahidə olunan əlverişsiz hava şəraiti aprelin 12-dək davam edəcək.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, qaydalara ciddi riayət etməyi xahiş edir.

Sürücülərə yağışlı və küləkli havalarda sürət həddini hava şəraitinə uyğun seçmək, qəfil manevr və ya kəskin tormazlamadan çəkinmək, zərurət olmadan ötmə əməliyyatı aparmamaq tövsiyə olunur. Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri isə küləkli havada daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edilərkən qapalı məkanlara üstünlük verilməlidir”.

Loading

Next Post

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

“Bakı metropoliteni”ndə sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O, qeyd edib ki, hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt […]