Məktəblərdə dərslər mayda bitəcək? – RƏSMİ

Oxunma vaxtı:37 Saniyə

“Məktəblərdə tədris ili iyunun 14-də başa çatacaq”.

Bu sözləri Axar.az-a açıqlamasında Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məktəblərdə tədrisin mayda yekunlaşacağı ilə bağlı iddialara cavabda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” təsdiq edilib:

“Həmin sənədin 2.3-cü bəndinə əsasən, ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyə­ləri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Bu baxımdan, cari tədris ilinin sözügedən sənəddə qeyd olunandan fərqli tarixdə bitməsi məsələsi müzakirə mövzusu deyil”.

Qeyd edək ki, sosial şəbəkələrdə ilin isti keçməsi səbəbindən orta məktəblərdə tədrisin 31 mayda başa çatacağı iddiası yayılmışdı.

Loading

Next Post

TƏBİB vakansiya elan etdi: bu vəzifələrə işçi axtarılır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) müxtəlif vəzifələr üzrə vakansiyalar elan edib. Vakansiyalar aşağıdakı vəzifələr üzrə elan edilib: – Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinə baş məsləhətçi vəzifəsi üzrə:  //tabib.gov.az/vetendashlar-ucun/vakansiyalar/160 – Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəoluması şöbəsinə böyük məsləhətçi vəzifəsi üzrə:  //tabib.gov.az/vetendashlar-ucun/vakansiyalar/159 – Təlim və tədqiqatlar […]