Onlar direktor müavini təyin olundu

Oxunma vaxtı:27 Saniyə

Kolleclərə direktor müavinləri təyin olunub.

Təyinatlarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən müvafiq əmrlər imzalanıb.

Əmrlərə əsasən, Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, Nərmin Hətəmova 2013-2022-ci illərdə  müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.

Nigar Səfxanova isə 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.

Loading

Next Post

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün paytaxtın Nəsimi rayonunda transformator məntəqəsində həyata keçirilən təftişlə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Lev Tolstoy, Mərdanov qardaşları, Həzi Aslanov küçələrinin bir hissəsində mərhələli şəkildə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin […]