“Azəriqaz”ın baş direktoru Cəlilabadda vətəndaşları qəbul edəcək

Oxunma vaxtı:28 Saniyə

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun Cəlilabad rayonunda vətəndaş qəbulu keçiriləcək.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, martın 14-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz”ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Lənkəran Regional qaz istismarı İdarəsinə (tel: 051-792-79-95; 050-845-96-81) müraciət edə bilərlər.

Loading

Next Post

Lavrov: Tramp Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya təhlükəsizlik zəmanətləri vermək istəmir. Bu barədə ölkənin xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində bildirib. O, Trampın NATO büdcəsində ÜDM-nin payı meyarına uyğun olan ölkələrə ABŞ-nin təhlükəsizlik zəmanətləri verməsi barədə sözlərini xatırladıb. “Lakin Tramp Zelenskinin rəhbərlik etdiyi […]