​“Bəyannamədə Ermənistandan qovulan azərbaycanlılarla bağlı çağırış edilib”

Oxunma vaxtı:22 Saniyə

“Fevralın 18-dən 20-dək Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası və digər tədbirlər keçirilib”.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb.

“APA-nın 15-ci plenar sessiyasında Bakı Bəyannaməsi və müxtəlif mövzularda 29 qətnamə qəbul edilib. APA-nın qəbul etdiyi Bakı Bəyannaməsinin bir bəndində Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış edilib”, – deyə sədr bildirib.

Loading

Next Post

Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı - Fotolar

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.