Bu universitetdə dərslər təxirə salındı

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb hava şəriti olub.

Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib.

Qeyd edilib ki, qarlı hava şəraiti ilə əlaqədar 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə salınıb.

Həmçinin ADA Universitetinin kampusu açıq olsa da, hava şəraiti ilə bağlı əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verilib.

Bildirilib ki, tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

Loading

Next Post

Beynəlxalq Ana dili günü – Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – ANALİZ

“İnsan dilinin altında gizlənib” deyirlər. Bununla dil şəxsin keyfiyyət göstəricilərindən biri olaraq tanınır. Dil həm də bir etnosun varlığı, mövcudluğu üçün əsas elementdir. Dil mədəniyyət daşıyıcısıdır. Onun yoxluğu nəticəsində etnos assimilyasiya olunur, tarixə çevrilir. Bəzən dil qalır, etnos ölür. Latınlar kimi. Hazırda dünyada 7 min dil var. Ancaq hər il […]