Göygöldə dəhşət: Ər arvadının qulağını KƏSDİ

Oxunma vaxtı:23 Saniyə

Göygöl Rayon Polis Şöbəsinə rayon sakini G. Allahverdiyevanın kəsici-deşici alətlə qulaq nahiyyəsindən dərəcəsi təyin edilməyən xəsarət alması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirilib.

O qeyd edib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir:

“Hadisəni törətməkdə şübhəli bilinən şəxs zərərçəkənin qulağını kəsməyib. Münaqişə nəticəsində qulaq nahiyyəsinə xəsarət yetirib. Faktla bağlı əlavə məlumat veriləcək”.

Loading

Next Post

Somali Prezidentinin Azərbaycana səfəri başa çatdı

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycan Respublikasına rəsmi səfəri fevralın 14-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov […]