Naxçıvanda sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur

Oxunma vaxtı:49 Saniyə

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 29-na təyin edilib.

Qeyd edək ki, cinayət işində qeyd olunan hallar DTX tərəfindən həbs edilmiş və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Mirzə Cəlilovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə baş verib.

Məftun Xəlilov Naxçıvan Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin rəisi vəzifəsində çalışarkən vətəndaşlardan təkrarən rüşvət alnaqda ittiham olunur. O, rəis vəzifəsindən çıxarıldıqdan sonra onu Habil Niftəliyev əvəz edib.

Onlara Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvətxorluq, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər iki şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Loading

Next Post

İmtahanlara qanunsuz texniki vasitə keçirməklə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb

Bu il keçirilən buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə baxışı başlayıb. Bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. İttiham aktını prokuror Murtuz Bəylərov elan edib. İttiham aktına münasibət bildirən təqsirləndirilən Kamran Əsədov özünü […]