Prezident: Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir

Oxunma vaxtı:29 Saniyə

Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır.

Prezident əlavə edib ki, Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bu xüsusda vurğulanıb ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır.

Loading

Next Post

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib. O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən […]