“Neftçi” bu gün “Zirə” ilə üz-üzə gələcək

Oxunma vaxtı:51 Saniyə

“Neftçi” Misli Premyer Liqasının XXII turunda bu gün “Zirə” ilə üz-üzə gələcək.

Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək.

“Qartallar” 39 xalla üçüncü, “ağ-qaralar” 21 xalla yeddinci pillədə qərarlaşıb.

Günün ilk matçında isə “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. Görüş “Liv Bona Dea Arena”da, saat 16:00-da başlayacaq. Naxçıvan təmsilçisi 43 xalla ikinci, Gəncə klubu 17 xalla 9-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

III dövrə, XXII tur

10 fevral

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

“Liv Bona Dea Arena”

19:00. “Zirə” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün “Şamaxı” evdə “Sumqayıt”ı (1:0), “Sabah” isə “Turan Tovuz”u (2:1) məğlub edib. Tura noyabrın 11-də “Qarabağ” – “Səbail” qarşılaşması ilə yekun vurulacaq.

Loading

Next Post

Saat 10:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Bu gün Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi rayonunda qaz xəttinin mənbəyə birləşdirilməsi məqsədilə fevralın 10-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan müddətdə C. Məmmədquluzadə, H. Ələsgərov, H. […]