Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib

Oxunma vaxtı:56 Saniyə

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, yeni nazir Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.

2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub. Nazir müavini vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.

Loading

Next Post

Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək.Qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq. Bahar Muradovanın vətəndaş qəbulu fevralın 14-ü saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.