Nazir: Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda müxtəlif xəstəliklər yaranır

Oxunma vaxtı:34 Saniyə

Qlobal istiləşmə və iqlimin təsiri ilə ağaclarda xəstəliklər yaranır.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bitkilərin məruz qaldığı bəzi xəstəliklərin mənşəyi bilinməyən xəstəliklərin səbəbi araşdırılır:

“Bilinən xəstəliklərə qarşı mübarizə aparılır, dezinfeksiya işləri və ağacları qorumaq üçün tədbirlər görülür. Amma elə xəstəliklər var ki, onlarla bağlı biliklər çox deyil, öyrənilir. İnanıram ki, alimlər tərəfindən bunlara qarşı da tədbirlər müəyyən olunacaq.

Qlobal istiləşmə və iqlimin təsiri illə ağaclarda xəstəliklər yaranır. Ağacların yaşı və quraqlıq məsələləri də öz təsirini göstərir. Biz yeni, daha dayanıqlı növlərin əkilməsinə çalışırıq. Hazırda Yevlaxda Eldar şamı, Xan çinar və digər növləri əkirik. Onların burada uyğunlaşma prosesini izləmək üçün imkan olacaq”.(Report)

Loading

Next Post

Ağcabədidə evdə qumbara partladı, 5 nəfər həlak oldu - Yenilənib

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Qeyd edək ki, hadisə barədə ilk məlumatı Tns.az saytı yayıb. *** Hadisə qəsəbə sakini M.Məmmədova məxsus […]