Qəzza zolağından İsrailin iki, Taylandın beş vətəndaşı azad edilib

Oxunma vaxtı:19 Saniyə

İsrailin iki və Taylandın beş vətəndaşı Qəzza zolağından azad edilərək İsrail Ordusuna təhvil verilib.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“İsrail hökuməti yeddi azad edilmiş şəxsi səmimiyyətlə qarşılayır. Vətəndaşlarımızın siyahısı: Arbel Yehud, Qadi Mozes. Bundan əlavə, beş Tayland vətəndaşı da azad edilib”, – bəyanatda qeyd olunub.

Baş nazirin dəftərxanası bildirib ki, İsrail hökuməti bütün girovların və itkin düşmüş şəxslərin qaytarılmasına sadiqdir.

Loading

Next Post

İranda TIR üç avtomobillə toqquşub, ölənlər var

İranda TIR-ın üç avtomobillə toqquşması nəticəsində üç nəfər ölüb. Məlumatı “Azad İran” yayıb. Bildirilib ki, hadisə yanvarın 30-da İlam-Meyran magistralında baş verib. TIR “Nissan” və “Hyundai” markalı pikap, “Pride” markalı minik avtomobil ilə toqquşub. Qəzaya TIR-ın əyləc sistemindəki nasazlıq səbəb kimi göstərilir.