Keçmiş deputat HƏBS EDİLDİ

Oxunma vaxtı:19 Saniyə

Qazaxıstan məhkəməsi keçmiş deputat Kayrat Kudaibergen barəsində həbs qərarı çıxarıb.

Kayrat Kudaibergen, Qazaxıstan Cinayət Məcəlləsinin 272-ci (Zorakılıq, soyğunçuluq, yanğınla müşayiət olunan kütləvi iğtişaşların təşkili) və 126-cı (Qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Kudaibergen 2022-ci ilin iyulunda deputat mandatından məhrum edilib.

O, həmçinin üzvü olduğu Əmanət partiyasından xaric olunub.

Loading

Next Post

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib. Bu vəzifə Aqil Əzizova həvalə olunub. O, indiyə qədər agentlikdə daxili auditor vəzifəsində çalışıb. Yeni təyinatla sədr müavinlərinin sayı 4-də çatıb.