Next Post

Hamamdakı partlayışda xəsarət alan Sevinc öldü - Foto

Bir neçə gün öncə Göyçayda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan qadın vəfat edib. Hamamda sobanı söndürmək istəyərkən həddindən artıq qızmış su çəninin partlaması nəticəsində yaralanan 1991-ci il təvəllüdlü Sevinc Cəfərova xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.