“Çörəyin, avtomobilin qiyməti qalxan kimi…” – Əli Məsimli

alfonsonri
Oxunma vaxtı:34 Saniyə

“Dünya elektron avtomobilə keçir. Azərbaycanda söhbət avtomobil yığmaqdan gedirsə, ən asan yığılan elektron avtomobillərdir”.

Bunu Milli Məclisdə komitə iclasında deputat Əli Məsimli deyib.

“Dünyanın hansı ölkəsinin adını çəkmək olar ki, o ölkəyə gətirilən avtomobildən alınan rüsumlar və s. üst-üstə yığılanda onun gömrük gəlirinin 3-də iki hissəsinə, bəzən hardasa 80-90 faizinə bərabər olsun. Həddən artıq insafsız göstəricilərdən alınan vəsaitin bir hissəsinin Utilizasiya Fonduna keçirilməsini, ümumiyyətlə, vətəndaşlardan bu sahədə heç bir vəsaitin alınmaması varinatını təklif edirəm”, – deyə deputat bildirib.

Ə.Məsimli qeyd edib ki, o qədər ağır rüsumlardan sonra vətəndaş əlavə nə isə ödəyəcəksə, bu qiymətlərin artmasına təsir göstərəcək:

“Çörəyin, avtomobilin qiyməti qalxan kimi, bu, psixoloji cəhətdən başqa məhsulların qiymətinin qalxmasına təsir göstərir”.

Loading

Next Post

Zakir Həsənov separatçıların təxribatlarının qarşısının dərhal alınması barədə tapşırıq verdi - FOTO

2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti iyunun 1-də Azərbaycan Ordusunun Təlim və […]