“Bu barədə Ermənistana çağırış etmişik” – Nazir

alfonsonri
Oxunma vaxtı:23 Saniyə

“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən ilin dekabr ayından etibarən Ermənistanın destruktiv mövqeyi nəticəsində birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistanı tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

Loading

Next Post

Dünən öldürülən erməni hərbçi xüsusi təyinatlı imiş

Aprelin 11-də öldürülən 4 erməni hərbçinin kimliyi məlum olub.  Dogrusoztv.az erməni KİV-ə istinadən xəbər verir ki, Narek Sarkisyan adlı erməni hərbçi xüsusi təyinatlı qüvvələrin zabiti idi.  Qeyd edək ki, Ermənistanın sözügedən təxribata daha öncədən hazırlaşdığı barədə KİV-də məlumat dərc olunmuşdu.  Təxribatçı dəstənin öldürülən hərbçiləri: Artur Saakyan; Mkrtiç Arutyunyan; Narek Sarkisyan; […]