Azərbaycanın daha bir uğuru – XİN açıqlama yaydı

alfonsonri
Oxunma vaxtı:31 Saniyə

31 may 2023-cü il tarixində Bolqarıstan Respublikasının Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Bu barədə XİN-dən məlumat verilib.

Azərbaycan 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib.

“Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik”, – XİN-dən bildirilib.

Loading

Next Post

Sentyabrın 1-dən bu məhsulların Rusiyadan idxalına qadağa qoyulacaq

Azərbaycana heyvandarlıq məhsulları tədarük edən rus istehsalçıları bu ölkənin Milli Qida Təhlükəsizliyi İnstitutunun yoxlamasından keçməsələr, Azərbaycana ixrac imkanını itirəcəklər. Dogrusoztv.az xarici KİV-ə istinadla xəbər verir ki, sözügedən qərar 2023-cü il sentyabrın 1-dən qüvvəyə minəcək. Buna uyğun olaraq, Azərbaycan bazarına mal tədarük etməkdə maraqlı olan heyvan mənşəli məhsullar və yem istehsal […]