ABŞ Prezidenti: İranın nüvə silahına malik olması fəlakətlə nəticələnəcək

Oxunma vaxtı:21 Saniyə

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə silahına malik olması dünyanı fəlakətə sürükləyəcək.

Tramp bunu inauqurasiyadan sonra “Fox News” telekanalına verdiyi ilk müsahibəsində bildirib.

“Onlar (İran) nüvə silahına malik ola bilməz. Əgər onlar buna malik olsalar, bu silah digərlərində də olacaq və bu, fəlakətlə nəticələnəcək”, – ABŞ lideri bildirib.

Bu arada yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində Tehranın nüvə silahı yaratmaq məqsədinin olmadığını bəyan edib.

Loading

Next Post

Neftimiz ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,76 ABŞ dolları, yaxud 0,93 % azalaraq 81,23 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,20 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin […]