Azərbaycan neftinin qiyməti 82 dollardan aşağı düşüb

Oxunma vaxtı:34 Saniyə

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,52 % azalaraq 81,99 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,73 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Loading

Next Post

Çempionlar Liqası: Daha altı komanda növbəti mərhələ şansını itirib

UEFA Çempionlar Liqasında daha altı komanda növbəti mərhələ şansını itirib. Bu, Liqa mərhələsinin VII turunun oyunlarından sonra bəlli olub. İspaniyanın “Jirona”, Serbiyanın “Srvena Zvezda”, Avstriyanın “Zaltsburq”, “Şturm”, Çexiyanın “Sparta” və İtaliyamın “Bolonya” klubları sonuncu turun nəticələrindən asılı olmayaraq, turnirlə vidalaşacaqlar. Qeyd edək ki, dekabrda İsveçrənin “Yanq Boys”, Slovakiyanın “Slovan” və […]