Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq – Hakan Fidan

Oxunma vaxtı:18 Saniyə

Azərbaycanla Türkiyə arasında enerji istiqamətində əməkdaşlıq davam edəcək.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Əsas hədəfimiz Qars-Naxçıvan dəmiryolu layihəsini ən qısa zamanda həyata keçirməkdir”, – deyə nazir vurğulayıb.

Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edən nazir qeyd edib:

“Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.

Loading

Next Post

Hökumənin ailəsindən oğurlanan 80 min geri QAYTARILDI - RƏSMİ

Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən lazımi tədbirlər görülüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 manat pul vəsaitinin tam […]