DİM xaricdə təhsil alanlar üçün peşə tanınması üzrə növbəti imtahan keçirəcək

Oxunma vaxtı:18 Saniyə

Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb

İmtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.

Loading

Next Post

Azərbaycan XİN Gürcüstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Qali rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlı başsağlığı verib. Yenixeber.org xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “Abxaziyanın Qali rayonunda beş uşağın həyatını itirdiyi faciəvi yanğın bizi dərin kədərləndirdi. Bu dəhşətli hadisədən zərər […]