Azərbaycanda yeni Mərkəz yaradıldı

Oxunma vaxtı:30 Saniyə

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxs yaradılıb.

Bununla bağlı Prezident İlham Əliyev Azərbaycanda balıqçılığın və akvakulturanın inkişafı ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar bəzi fərman və sərəncamlarda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mərkəz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində balıqçılığın, o cümlədən akvakulturanın təşkili, idarə edilməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi, mühafizəsi və onlara nəzarət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

Mərkəzin nizamnamə fondu 1 milyon manat təşkil edəcək və dövlət büdcəsinin vəsaiti hesabına formalaşacaq.

Nazirlər Kabineti Mərkəzin formalaşdırılması və fəaliyyəti ilə bağlı üç ay ərzində təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.

Loading

Next Post

Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb

“Bölgədəki gərgin vəziyyət dərin narahatlıq doğurur. Qəzza və digər Fələstin ərazilərində on minlərlə günahsız insanın həyatını itirməsi, mülki infrastrukturun dağıdılması ilə müşayiət olunan böhranın humanitar nəticələri kritik səviyyəyə çatıb”. Bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada […]