Türkiyə mətbuatı Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırıb – Hüseyn Altınalan

Oxunma vaxtı:53 Saniyə

İkinci Qarabağ müharibəsi dövründə Qərb mətbuat nümayəndələrinən fərqli olaraq türkiyəli jurnalistlər döyüşlərin əvvəlindən sonunadək Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar.

Doğrusöztv.Az-ın mılumatına görə, bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan deyib.

Onun sözlərinə görə, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi üçün əks-həmlə əməliyyatına başladıqdan sonra təkcə ordular döyüşmədi, həm də tərəflər arasında informasiya mübarizəsi də aparıldı.

Səfirliyin müşaviri bildirib ki, bu müddət ərzində Qərb mətbuatı Azərbaycana qarşı qərəzli yanaşıb:

“Bu ölkələr fərqli sahələrdə bir-biri ilə mübarizə aparsalar da, ermənilərin təbliğat mübarizəsində sıx birləşdilər. Özlərinə sərf etdiyi yayımlar həyata keçirdilər, məqalələr dərc etdilər. Amma bütün bunlar boşuna oldu, çünki türk jurnalistlər canlı yayımlarla ermənilərin müharibə cinayətlərini ictimaiyyətlə paylaşırdılar”.

H.Altınalan əlavə edib ki, bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev və prezident köməkçisi Hikmət Hacıyev öz çıxışlarında daim vurğulayıb:

“Mətbuatdan söz açılanda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və onun köməkçisi Hikmət Hacıyev hər zaman “Türkiyə mediası bütün dünyaya haqlı mübarizəmizi çatdırdı, qardaşlarımız var olsun” ifadələrini işlədib. Bu müddət ərzində hamı birlik və bərabərlik şəraitində türk millətinin nəyə qadir olduğunu gördü”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Şəhidlər haqqında ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq - MN

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir. Doğrusöztv.Az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd edək ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu […]