Sabah 10° şaxta olacaq

Oxunma vaxtı:39 Saniyə

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb, 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.

Loading

Next Post

Ölümündən 26 il sonra reklam çarxında - Video

Daha çox “My Way” mahnısı ilə yaddaşlarda qalan və 20-ci əsrin ən böyük sənətçilərindən sayılan amerikalı müğənni və aktyor Frank Sinatra ölümündən 26 il sonra reklam çarxına “çəkilib”. Bu reklam çarxı süni intellekt sayəsində ortaya çıxıb.  Belə ki, Frank Sinatranın qızı Tina Sinatra, hip- hop ulduzları Dr.Dre və Snoop Doggun […]