Sumqayıtda yaşayış binasında güclü partlayış -YENİLƏNİB/FOTOLAR

Oxunma vaxtı:40 Saniyə

Sumqayıtda yaşayış binasında partlayış olub.

Yenixeber.org xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.

Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

***

DİN Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün  və digər zəruri tədbirlər davam etdilir.

***

Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Loading

Next Post

Avropaya tranzit terror miqrasiyası?! – Azərbaycanda məhkəmə işində şok yeniliklər

Azərbaycanda terror aktı planlaşdırdığına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş Əfqanıstan vətəndaşı Favzan Musa Xan və vəkili yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verib. 1990-cı il təvəllüdlü Favzan Musa Xan (Fawzan Mosa Khan) […]