Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA

Oxunma vaxtı:28 Saniyə

Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.

Buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.

Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsinə vergi və fonda borcları yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.

İddiaya hakim Kənan Hüseynov baxacaq.

Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.(lent)

Loading

Next Post

Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır

Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılacaq. Bu barədə agentliy məlumat yayıb. Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər. Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi […]