Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Oxunma vaxtı:33 Saniyə

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Doğrusöztv.Az-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Yüksək peşəkarlıq, səriştəlilik, qeyri-adi enerji və müdriklik Sizi ən mürəkkəb dövlət məsələlərini uğurla həll edən parlaq siyasi lider nümunəsinə çevirib.

Belarus-Azərbaycan münasibətlərinin inkişafına konstruktiv və maraqla yanaşmağınıza görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hörmət prinsiplərinə əsaslanan çoxşaxəli əməkdaşlıq Belarus və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, firavanlıq və nəzərdə tutduğunuz hədəflərə nail olmağınızı arzu edirəm”.

Loading

Müəllif

Seyid İsmayıl Abbasov

Doğrusöztv.Az və Doğru Söz qəzetin Təsisçisi və Baş Redaktoru
Next Post

Prezident İlham Əliyev: Azərbaycanı ittiham edən qətnamələr qəbul edirsiniz, başınıza dəysin bu qətnamələr

Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham […]