Ermənistanda Polis Qvardiyası yaradılır

Oxunma vaxtı:34 Saniyə

Ermənistanda 2025-ci il noyabrın 1-nə qədər Polis Qvardiyası yaradılacaq.

Bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə sözügedən məsələ ilə bağlı təşəbbüsün müzakirəsi zamanı danışıb.

Onun sözlərinə görə, ilk olaraq qvardiyanı 2025-ci ilin martında yaratmaq planlaşdırılırdı, lakin təşkilati işlər nəzərə alınaraq həmin strukturun yaradılması tarixi gələn ilin noyabrına təxirə salınıb. 

Eyni zamanda, müzakirələrdən sonra Baş nazirin mümkün xüsusi göstərişləri ilə bağlı müddəa qanun layihəsindən çıxarılıb. Belə ki, daha əvvəl qanun layihəsi Baş nazirin hərbi vəziyyət rejimi zamanı Polis Qvardiyasına hərbi əmrlər və göstərişlər verə bilməsini nəzərdə tuturdu. 

Bununla belə, Sarkisyan qeyd edib ki, hərbi vəziyyətin yaranması halında qvardiya xüsusi göstərişlər yerinə yetirə bilər.(News.am)

Loading

Next Post

İlham Əliyevin təyyarəsini hərbi helikopterlər müşayiət etdi 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib.