Tuneldə ölən Elnurla Köçəri dəfn edildi

Oxunma vaxtı:25 Saniyə

Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində həyatını itirən şəxslər dəfn edilib.

48 yaşlı Elnur Fazil oğlu Şirinovun nəşi Kürdəmir şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Laçın rayon sakini olan 1995-ci il təvəllüdlü Köçəri Fərman oğlu Abbasov isə Kürdəmir rayonunun Muğanlı kəndində dəfn edilib.

Qeyd edək ki, Elnur və Köçəri ticarətlə məşğul olurmuş. Onlar “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə tuneldə qalıblar və keçidin su ilə dolması nəticəsində boğularaq vəfat ediblər.

Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

Loading

Next Post

Ermənistanda Polis Qvardiyası yaradılır

Ermənistanda 2025-ci il noyabrın 1-nə qədər Polis Qvardiyası yaradılacaq. Bu barədə Ermənistan daxili işlər nazirinin müavini Arpine Sarkisyan parlamentdə sözügedən məsələ ilə bağlı təşəbbüsün müzakirəsi zamanı danışıb. Onun sözlərinə görə, ilk olaraq qvardiyanı 2025-ci ilin martında yaratmaq planlaşdırılırdı, lakin təşkilati işlər nəzərə alınaraq həmin strukturun yaradılması tarixi gələn ilin noyabrına […]